Energetika naziri Tərtərdə vətəndaşları qəbul edəcək

Energetika naziri Tərtərdə vətəndaşları qəbul edəcək
Dostuna göndər xəbərdən agah olsun:

Noyabrın 29-da energetika naziri Pərviz Şahbazov Tərtər, Ağdam, Ağcabədi, Bərdə və Yevlax rayonlarından olan vətəndaşları qəbul edəcək.

Bu barədə Energetika Nazirliyindən məlumat verilib.

Qəbul saat 11:00-dan başlayaraq Tərtər rayon Heydər Əliyev Mərkəzində (ünvan: AZ5900,Tərtər şəhəri, Heydər Əliyev parkı) keçiriləcək.

Qəbula gəlmək istəyən vətəndaşlar qeydiyyatdan keçmək üçün Energetika Nazirliyinin “974” Çağrı Mərkəzi, 598-16-55 “Qaynar Xətt”i, 598-16-53/54 (daxili 1145, 1245, 1146, 1147) telefon nömrələri (əlaqələndirici şəxs: Azər Rzayev), minenergy@minenergy.gov.az elektron poçt ünvanı, eləcə də Enerji Məsələlərini Tənzimləmə Agentliyinin Mingəçevir filialı (əlaqələndirici şəxs: Pünhan Qurbanov: əlaqə telefonu: (070) 590-00-09, elektron poçt ünvanı: office.mingachevir@regulator.gov.az) və İmişli filialı (əlaqələndirici şəxs: İbrahim Şirinov, əlaqə telefonu: (050) 200-36-11, elektron poçt ünvanı: office.imishli@regulator.gov.az) vasitəsilə müraciət edə bilərlər. Həmçinin Energetika Nazirliyinin www.minenergy.gov.az internet səhifəsində yaradılmış “Qəbula yazılmaq“ bölməsi vasitəsilə də qəbul üçün müraciət etmək mümkündür.

Dostuna göndər xəbərdən agah olsun:
Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
whatsappa keç(055) 436-46-45