Astarada qanunsuz ov edənlər barədə tədbir görülüb

Astarada qanunsuz ov edənlər barədə tədbir görülüb
Dostuna göndər xəbərdən agah olsun:

Astarada qanunsuz ov edən şəxslər barədə tədbir görülüb.

Astara Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən rayonun Rüdəkənar kəndindəki müxtəlif ərazilərdə 4 nəfər rayon sakini R.Vəliyev, M.Əliyev, H.Rzayev və Q.Vəliyevin qanunsuz ov etdikləri aşkarlanıb.

Onlardan müvafiq sənədləri olmayan bir ədəd ov tüfəngi, çöl quşlarını havada ovlamaq üçün quraşdırılmış çox sayda sintetik torlar, ov zamanı istifadə olunan digər alətlər və qanunsuz olaraq ovlanan çöl quşları aşkar edilərək götürülüb.

Həmin şəxslər barəsində protokollar tərtib edilərək aidiyyəti dövlət qurumuna göndərilib.

Dostuna göndər xəbərdən agah olsun:
Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
whatsappa keç(055) 436-46-45