Google Keep nədir?
2013-cü ildən fəaliyyət göstərən ən rahat və sürətli qeyd alma sistemidir. İnterfeys «Boxing» metoduna bənzəyir.
Üstün özəllikləri: Alış-veriş siyahısı üçün (checkboxes) idealdır, xatırlatma nəinki zamana görə hətta məkana görə mümkündür (misal üçün, evə/işə çatanda və ya yolunuz Sədərək t/m-nə düşəndə yada salsın), istənilən sayda və arzuolunan adda etiketləmək (label) mümkündür (Evernote-da olduğu kimi), çizim əlavə etmək olur.
Əksiklikləri: Minimalistik dizaynın nəticəsi olaraq mətndə hətta qalın hərflərlə belə yazmaq olmur. Webclip yoxdur. Telefonda proqrama şifrə qoymaq olmur.
Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
(055) 436-46-45
(055) 436-46-45