Norveç Ukraynaya 118,4 milyon dollarlıq yardım ayırıb

Norveç Ukraynaya 118,4 milyon dollarlıq yardım ayırıb
Dostuna göndər xəbərdən agah olsun:

Norveç Ukraynanın Hərbi Hava Qüvvələrini dəstəkləmək məqsədi ilə Kiyevə 1,3 milyard kron (118,4 mln dollar) məbləğində yardım ayırıb.

 

“Agah. Az” TASS-a istinadən xəbər verir ki, bu barədə Norveçin müdafiə naziri Born Arild Qram bildirib.

 

Onun sözlərinə görə, ayrılan maliyyə vəsaiti F-16 qırıcılarını ehtiyat hissələri və silah almaq üçün xərclənəcək.

 

Nazir qeyd edib ki, Oslo Ukrayna Hərbi Hava Qüvvələrinə dəstəyi artırmaqla yanaşı, Kiyevə 130 qayıq da təhvil verəcək.

 

Bu ilin iyulunda Norveçin baş naziri Yonas Qar Styore NATO-nun Vaşinqtonda keçirilən sammitində bildirmişdi ki, krallığın Ukraynaya verəcəyi altı F-16 qırıcısı 2024-cü ildə tədarük edilməyə başlanılacaq.

Dostuna göndər xəbərdən agah olsun:
Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
whatsappa keç(055) 436-46-45