Hikmət Hacıyev: “Washington Post” SSRİ-nin son günlərindəki “Komsomolskaya Pravda”nı xatırladır
Milyarder Ceff Bezosun Amerika mətbuatının vəziyyətinə reaksiyası ona etimadın nə qədər azaldığını bir daha nümayiş etdirir.
Bu barədə Azərbaycan Prezidentinin köməkçisi, Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev “X” sosial şəbəkəsindəki səhifəsində yazıb.
“Mən COP29 ərəfəsində Azərbaycana qarşı çirkin təbliğat kampaniyası aparan “Washington Post”, eləcə də bəzi Konqres nümayəndələrinin diqqətini Ceff Bezosun oxucuların media orqanlarına etibar səviyyəsinin aşağı düşdüyünü əks etdirən bu məqaləsinə cəlb etmək istərdim”, – H.Hacıyev yazıb.
MƏLUMAT YENİLƏNİR
Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
(055) 436-46-45
(055) 436-46-45