Baş katib: Azərbaycanın dinlərarası dialoqda liderliyini yüksək qiymətləndiririk

Baş katib: Azərbaycanın dinlərarası dialoqda liderliyini yüksək qiymətləndiririk
Dostuna göndər xəbərdən agah olsun:

Azərbaycanın təşəbbüsləri qarşılıqlı anlaşma və sülhün möhkəmləndirilməsi üçün ruhlandırıcı örnək olmaqla yanaşı, dinc birgə yaşayışa, tolerantlığa və dialoqa dəyər verən cəmiyyətin formalaşmasına töhfə verir.

Bunu Müsəlman Ağsaqqalları Şurasının baş katibi Məhəmməd Əbdülsalam Bakıda keçiriləcək COP29 iqlim konfransı çərçivəsində baş tutacaq Dini Liderlərin Ümumdünya Sammitini şərh edərkən deyib.

O, qlobal problemlərin həllində, o cümlədən iqlim dəyişikliyi məsələlərində dini liderlərin mühüm rol oynaya biləcəyini vurğulayıb.

Baş katib həmçinin dinlərarası və mədəniyyətlərarası dialoqun təşviqində Prezident İlham Əliyevin rəhbərliyi altında Azərbaycanın liderliyini yüksək qiymətləndirib.

“Azərbaycanda 2024-cü il “Yaşıl Dünya üçün Həmrəylik İli” elan edilib. Bu çağırış “Vicdani birlik”: keçən il Əbu-Dabidə keçirilən Dini Liderlərin Qlobal Sammitinin yekunları üzrə qəbul olunmuş birgə iqlim bəyanatı ilə səsləşir. Bu təşəbbüs bəşəriyyəti təbiətlə harmoniyada yaşamağa və dünyanı iqlim dəyişikliyindən qorumaq üçün səyləri birləşdirməyə təşviq edir. Ümid edirik ki, sammit iqlim problemlərinə dair qlobal məlumatlılığın artırılması istiqamətində daha bir mühüm addım olacaq”, – o bildirib.

Qeyd edək ki, noyabrın 5-6-da Azərbaycan Prezidenti İlham Əliyevin təşəbbüsü ilə Birləşmiş Millətlər Təşkilatının İqlim Dəyişikliyi Konfransı (COP29) çərçivəsində Ekologiya və Təbii Sərvətlər Nazirliyi, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi, Müsəlman Ağsaqqalları Şurası, Qafqaz Müsəlmanları İdarəsi (QMİ) və BMT-nin Ətraf Mühit Proqramı tərəfindən Dini Liderlərin Qlobal Bakı Sammiti keçiriləcək.

Dostuna göndər xəbərdən agah olsun:
Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
whatsappa keç(055) 436-46-45