Bu günədək 345 ümumi təhsil müəssisəsində yoxlama aparılıb

Bu günədək 345 ümumi təhsil müəssisəsində yoxlama aparılıb
Dostuna göndər xəbərdən agah olsun:

Dövlət Agentliyinin fəaliyyətə başladığı gündən indiyədək 345 ümumi təhsil müəssisəsində yoxlama aparılıb.

“Report” xəbər verir ki, bunu Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin (MÜTDA) direktoru Eşqi Bağırov keçirdiyi hesabat brifinqində deyib.

Onun sözlərinə görə, yoxlamalar nəticəsində 213 nəfər işdən azad edilib, 195 nəfərə töhmət, xəbərdarlıq və şiddətli töhmət verilib.

Qeyd edək ki, MÜTDA 2023-cü ildə yaradılıb.

Dostuna göndər xəbərdən agah olsun:
Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
whatsappa keç(055) 436-46-45