Türkiyəli idmançı evinin eyvanından yıxılaraq faciəvi şəkildə ölüb
Türkiyəli atlet Selene Durna evinin eyvanından yıxılaraq faciəvi şəkildə vəfat edib.
Agah.az qardaş ölkə mətbuatına istinadən xəbər verir ki, 32 yaşlı idmançı 6-cı mərtəbədən yerə çırpılıb.
Hüquq-mühafizə orqanları S.Durnanın intihar etdiyini düşünür. Faktla bağlı araşdırma aparılır.
Qeyd edək ki, ötən il “Beşiktaş” klubunda çıxış edən idmançı nizəatma üzrə Türkiyə çempionu olub. O, 2019-cu ildə Balkan çempionatının gümüş medalını qazanıb.
Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
(055) 436-46-45
(055) 436-46-45