Bakıda gənc oğlan yol-nəqliyyat hadisəsində ağır xəsarət alıb
Bakının Sabunçu rayonunda 29 yaşlı gəncin ağır xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi olub.
İki avtomobilin toqquşması nəticəsində 1995-ci il təvəllüdlü Əliyev Ramin Rahib oğlu xəsarət alıb.
Yaralı təcili tibbi yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb. Müayinə zamanı ona qapalı fəqərə sütununun travması diaqnozu qoyulub. R.Əliyev reanimasiya şöbəsinə yerləşdirilib.
Faktla bağlı araşdırma aparılır.
Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
(055) 436-46-45
(055) 436-46-45