Salyan şossesində genişmiqyaslı ağacəkmə aksiyası keçirildi
Agah.az məlumat verir ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin müvafiq Sərəncamına əsasən 2024-cü il “Yaşıl dünya naminə həmrəylik ili” elan edilib. Bununla bağlı Səbail Rayon İcra Hakimiyyəti tərəfindən geniş abadlıq və yaşıllaşdırma işləri aparılmaqdadır. Oktyabrın 24-də Salyan şossesi ərazisində növbəti ağacəkmə aksiyası keçirilmişdir. Tədbirdə Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Vüqar Şixəmmədov, Səbail və Badamdar bələdiyyələrinin sədrləri, ərazi icra nümayəndələri və rayon ictimaiyyətinin üzvləri iştirak etmişlər.
Aksiya çərçivəsində Səbail rayonunun iqlim şəraitinə uyğun olaraq 1500-dən çox şam və zeytun ağacları, həmçinin dekorativ kollar əkilmiş, ağaclara lazımi aqrotexniki qulluq göstərilmişdir.
Açar sözlər və açar cümlələr: “Yaşıl dünya naminə həmrəylik ili”, ağacəkmə aksiyası, Salyan şossesi, Vüqar Şixəmmədov, yaşıllaşdırma işləri, şam və zeytun ağacları, Səbail Rayon İcra Hakimiyyəti, rayonun iqlim şəraiti, rayon ictimaiyyəti, dekorativ kolların əkilməsi.
(055) 436-46-45