Vuqar Zeynalov Badamdarda Qarabağ və Vətən müharibəsi veteranları ilə görüş keçirdi

Agah.az məlumat verir ki, Səbail Rayon İcra Hakimiyyətinin başçısı Vuqar Zeynalov Badamdar qəsəbəsində yerləşən Heydər Əliyev parkında Qarabağ və Vətən müharibəsi veteranları ilə görüş keçirmişdir. Görüşdə rayon icra hakimiyyəti başçısının müavinləri, bələdiyyə sədrləri və ictimaiyyət nümayəndələri də iştirak etmişdir. İlk olaraq, ümummilli lider Heydər Əliyevin büstü önünə gül dəstələri düzülərək, onun xatirəsi ehtiramla yad edilmişdir.
Görüş zamanı Vuqar Zeynalov, şəhid ailələri və müharibə əlillərinə göstərilən dövlət qayğısını vurğulayıb. O, Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyevanın bu kateqoriyadan olan insanların sosial müdafiəsinin gücləndirilməsi üçün həyata keçirdiyi tədbirləri xüsusi qeyd etmişdir. Veteranlar da çıxış edərək, göstərilən diqqət və dəstəyə görə dövlət rəhbərliyinə təşəkkürlərini bildirmişlər.