Ərdoğan: Ankarada törədilən terror aktı Türkiyənin terrorla mübarizə əzmini gücləndirib
Ötən gün Ankarada TUSAŞ-ın müəssisəsində törədilən terror aktı Türkiyənin terrorla mübarizə əzmini gücləndirib.
Bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan XVI BRICS Sammitinin “Outreach” / “BRICS+” formatının genişləndirilmiş iclasında deyib.
O, Ankarada 5 nəfərin həyatına son qoyan terror aktı ilə əlaqədar Türkiyəyə başsağlığı verən ölkələrə təşəkkür edib.
Qeyd edək ki, ötən gün terrorçuların Ankaranın Kahramankazan rayonunda TUSAŞ-ın müəssisəsinə hücumu nəticəsində 5 nəfər həlak olub, 22 nəfər yaralanıb.
Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
(055) 436-46-45
(055) 436-46-45