Kirəyə mənzil axtaranların NƏZƏRİNƏ! – Bu yolla aldadıla bilərsiniz – VİDEO
Bir çox bölgələrdən Bakıya tələbələrin gəlişi kirayə evlərin qiymətinin artımı ilə yanaşı bəzi fırıldaqçılıq hallarına da yol açıb.
Xüsusən də birinci kursa qəbul olan tələbələrin valideynləri şəhərə gəlmədən internet vasitəsilə ev axtarırlar.
Əmlak məsələləri üzrə ekspert Elnur Fərzəliyev “Xəzər Xəbər”ə bildirib ki, kirayə ev axtaran tələbələr özləri mənzili görməli və seçim etməlidirlər. Əks halda fırıldaqçıların qurbanına çevirilə bilərlər.
Onun sözlərinə görə, hər il onlarla tələbə özləri də bilmədən bu saxtakarların toruna düşür.
Ekspert əlavə edib ki, xüsusilə də 1-ci kurs tələbələrini hədəf alan bu dələduzlara rast gəlməmək üçün əvvəlcədən ehtiyat tədbirlərini görmək lazımdır.
O tövsiyə edib ki, tələbələr və digər şəxslər sahibindən kirayə qalacaqları mənzillərin sığortalanmasını tələb etsinlər. Bu halda orada hansısa bir sığorta hadisəsi baş verərsə, dəymiş zərəri mənzildə qalanlar deyil, sığorta şirkətləri qarşılayırlar.
AGAH.AZ
(055) 436-46-45