Səbail rayonunda növbəti ağacəkmə aksiyası keçirildi
Agah.az xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin müvafiq Sərəncamına əsasən, 2024-cü il “Yaşıl dünya naminə həmrəylik ili” elan edilib. Bununla əlaqədar, Səbail Rayon İcra Hakimiyyəti təsdiq etdiyi tədbirlər planına uyğun olaraq rayon ərazisində geniş abadlıq-quruculuq işləri aparır. Yaşıllıqların salınması, ağacların əkilməsi və təbii resursların qorunması istiqamətində görülən işlər davam edir.
23 oktyabr tarixində bu çərçivədə növbəti ağacəkmə aksiyası Salyan şosesi ərazisində (Bakı Ali Neft Məktəbinin yaxınlığında) keçirilib. Aksiyada Səbail Rayon İcra Hakimiyyəti başçısının müavini Kəmalə Həşimova, bələdiyyə sədrləri, RİHBA-nın məsul əməkdaşları və rayon ictimaiyyəti iştirak edib.
Aksiya çərçivəsində Səbail rayonunun təbii-coğrafi iqlim şəraitinə uyğun olaraq, 1800-dən çox zeytun və küknar ağacı, oleyandr və dekorativ kollar əkilib. Ağaclar suvarılıb və onlara lazımi aqrotexniki qulluq göstərilib.
Açar sözlər və açar cümlələr: yaşıl dünya naminə həmrəylik ili, Səbail Rayon İcra Hakimiyyəti, ağacəkmə aksiyası, zeytun ağacları, küknar ağacları, dekorativ kollar, təbii-coğrafi iqlim şəraiti, abadlıq-quruculuq işləri, yaşıllıqların salınması, ekoloji tədbirlər, təbii resursların qorunması, Salyan şosesi, Bakı Ali Neft Məktəbi.
(055) 436-46-45