Şəhid anası: Doğum günündə mənə zəng edəcəkdi, amma üçrəngli bayrağa bükülmüş tabutu gəldi
Özünün doğum günündə mənə zəng edəcəkdi, amma üçrəngli bayrağa bükülmüş tabutu gəldi.
Bunu oktyabrın 23-də Salyanda anım günü qeyd olunan Vətən Müharibəsi Qəhrəmanı, şəhid Sübhan Cəbrayılovun anası Ləzifə Cəbrayılova deyib.
L.Cəbrayılova hazırda onun üçün ən böyük təsəllinin Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması və şəhidlərin qisasının alınmasıdır:
“Oğlum oktyabrın 19-da şəhid olub, bu barədə bizə 20-də xəbər verdilər. Nəşi üç gün neytral zonada qalıb. oktyabrın 23-də, doğum günündə mənə zəng edəcəyinə söz vermişdi. Amma həmin gün üçrəngli bayrağa bükülmüş tabutu gəldi, məni şəhid anası elədi.
Oğlumun müharibədə necə qəhrəmanlıqlar etdiyini şəhid olduqdan sonra bildim. Onların taboru bütövlükdə qəhrəman idi. Təsəllim odur ki, torpaqlarımız işğaldan azad edildi, onların qisası alındı. İndi bütün ərazilərimizdə üçrəngli bayrağımız dalğalanır. Oğlum Sübhanın da əsl arzusu bu idi”.
(055) 436-46-45