Hikmət Hacıyev: “ABŞ və Avropadakı bütün ermənipərəst siyasətçilər araşdırılmalıdırlar” – FOTO

Dostuna göndər xəbərdən agah olsun:

Azərbaycan Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev “X” sosial şəbəkə hesabında ABŞ-nin “The New York Post” nəşrindən senator Bob Menendesin həyat yoldaşının mümkün qanunsuz hərəkətləri barədə haşiyə paylaşaraq ermənipərəst siyasətçilərin fəaliyyətinin daha da araşdırılmasına çağırış edib.

Prezidentin köməkçisi paylaşımında qeyd edib:

“Pul hər şeyi həll edir! ABŞ və Avropadakı bütün anti-Azərbaycan ermənipərəst lobbiçilər və siyasətçilər daha da araşdırılmalıdır”.

H.Hacıyevin paylaşdığı “The New York Post”dakı xəbərin başlığında bildirilib:

“Sen. (senator – red.) Bob Menendesin arvadı ofisi federal araşdırma təhlükəsi ilə üz-üzə olduğunu etiraf etməzdən aylar öncə 400 min dollar qızıl külçə satıb”.

Dostuna göndər xəbərdən agah olsun:
Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
whatsappa keç(055) 436-46-45