Agentlik: Sənaye zonalarına investisiya qoyuluşu 7 milyard manata yaxınlaşıb

Agentlik: Sənaye zonalarına investisiya qoyuluşu 7 milyard manata yaxınlaşıb
Dostuna göndər xəbərdən agah olsun:

İndiyə qədər Azərbaycandakı sənaye zonalarına 6,8 milyard manatdan çox investisiya yatırılıb və 10 500-dən çox daimi iş yeri yaradılıb.

Bu barədə İqtisadiyyat Nazirliyinin İqtisadi Zonaların İnkişafı Agentliyi xəbər verir.

Məlumata görə, mövcud layihələr üzrə növbəti mərhələdə sənaye zonalarına əlavə 1 milyard manatdan çox investisiya yatırılması və 9 400-dən çox yeni iş yerinin yaradılması nəzərdə tutulur.

“2013-cü ildən indiyədək sənaye zonaları üzrə ümumi investisiya dəyəri 7,88 milyard manat olan 157 sahibkarlıq subyektinə rezident statusu verilib”, – deyə məlumatda qeyd edilib.

Dostuna göndər xəbərdən agah olsun:
Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
whatsappa keç(055) 436-46-45