Salyan sakinini qətlə yetirməkdə şübhəli bilinən şəxs saxlanılıb – YENİLƏNİB
Salyan sakinini qətlə yetirməkdə şübhəli bilinən şəxs saxlanılıb.
DİN-nin mətbuat xidmətinin Şirvan regional qrupundan “Report”un Aran bürosunun sorğusuna bildirilib ki, oktyabrın 19-da saat 21:00 radələrində salyan rayon sakini Əziz salayevin başnahiyyəsindən aldığı xəsarətlər nəticəsində ölməsi barədə polis şöbəsinə məlumat daxil olub.
Şöbə əməkdaşları tərəfindən keçirilən tədbirlərlə hadisəni törədən, əvvəllər məhkum olunmuş, 1977-ci il təvəllüdlü E.Səmədov saxlanılıb.
Araşdırmalar aparılır.
Salyan sakini döyülərək öldürülüb.
“Report”un Aran bürosunun məlumatına görə, hadisə şəhərin T.Xəlilbəyli küçəsində qeydə alınıb.
Rayon sakini, 1973-cü il təvəllüdlü Salayev Əziz Sərvənəli oğlunun meyiti həmin küçədə aşkarlanıb. Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb olunub.
İlkin məlumata görə, Ə.Salayevin döyülərək öldürülüb.
Hadisənin əsl səbəbi isə araşdırmalardan sonra məlum olacaq.
(055) 436-46-45