Neftçala sakini bədbəxt hadisə ilə üzləşib
Neftçala rayonunda bədbəxt hadisə baş verib.
Hadisə rayonun Xolqaraqaşlı kəndində qeydə alınıb.
İlkin məlumata görə, kənd sakini, 1988-ci il təvəllüdlü Əsgərov Gündüz Çingiz oğlu öz həyətində iş görərkən diskli kəsici alətlə (laqonda) sağ ayağının barmaqlarını kəsib.
Yaralı Salyan Mərkəzi Rayon Xəstəxanasına çatdırılıb.
Faktla bağlı araşdırma aparılır.
Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
(055) 436-46-45
(055) 436-46-45