ABŞ-də ölümlə nəticələnən qəzadan sonra 2,4 milyon “Tesla” avtomobili yoxlanılacaq
ABŞ-nin Yol Hərəkətinin Təhlükəsizliyi üzrə Milli İdarəsi (NHTSA) biri ölümlə nəticələnən dörd qəzadan sonra özünüidarə (Full Self-Driving) proqram təminatı ilə təchiz edilmiş 2,4 milyon “Tesla” avtomobilini yenidən yoxlayacaq.
Bu barədə “Reuters” agentliyi məlumat yayıb.
Məlumata görə, 2016-2024-cü ilin istehsalı olan “Tesla S” və “Tesla X”, 2017-2024-cü illərin “Tesla 3”, eləcə də 2020-2024-cü illərin “Tesla Y” modelləri və 2023-2024-cü illərdə istehsal olunmuş “Cybertruck” elektrik pikapları yoxlanılacaq.
Qeyd olunur ki, yoxlamanın nəticələrinə əsasən NHTSA bu avtomobillərin geri çağırılmasını tələb edə bilər.
NHTSA “Full Self-Driving” proqram təminatının texniki nəzarət vasitələrinin yollarda aşağı səviyyəli görüntü şəraitini aşkar etmək və onlara müvafiq reaksiya qabiliyyətini öyrənmək niyyətindədir.
(055) 436-46-45