Balakəndə sürücünün ölümü ilə nəticələnən qəza olub, cinayət işi açılıb
Balakəndə ölümlə nəticələnən yol qəzası baş verib.
Hadisə bu gün saat 15 radələrində rayonun İtitala kəndi ərazisində qeydə alınıb.
Belə ki, “VAZ-2106” markalı avtomobilin sürücüsü, 1993-cü il təvəllüdlü Surac Ramazanovun idarəetməni itirməsi nəticəsində nəqliyyat vasitəsi əvvəlcə həmin yolda hərəkətdə olan Allahverdi Osmanovun idarə etdiyi “VAZ-21011”lə toqquşub, daha sonra isə divara dəyib.
DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan bildirilib ki, S.Ramazanov aldığı xəsarətlərdən hadisə yerində ölüb.
Faktla bağlı rayon polis şöbəsində cinayət işi başlanıb.
Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
(055) 436-46-45
(055) 436-46-45