Şəhid Tənhan Zülfüqarovun xatirəsinə Badamdar qəsəbəsində xatirə lövhəsi açıldı
Agah.az xəbər verir ki, Qarabağ müharibəsi zamanı Vətənin ərazi bütövlüyü uğrunda canından keçmiş şəhid Zülfüqarov Tənhan Cavanşir oğlunun əziz xatirəsinin əbədiləşdirilməsi məqsədilə Badamdar qəsəbəsi, 2-ci Badamdar küçəsində Səbail Rayon İcra Hakimiyyəti tərəfindən hazırlanan xatirə lövhəsinin açılış mərasimi keçirilib. Tədbirdə Səbail Rayon İcra Hakimiyyətinin başçısı Vuqar Zeynalov, RİH başçısının birinci müavini Vüqar Şixəmmədov, RİH başçısının müavini Eldar Ağayev, Səbail bələdiyyəsinin sədri Hacı Əliyev, Badamdar bələdiyyəsinin sədri Təzəxan Məmmədov, RİHBA-nın məsul əməkdaşları, şəhidlərin ailə üzvləri, döyüş yoldaşları və rayon ictimaiyyətinin nümayəndələri iştirak ediblər.
Tədbirdə çıxış edən Səbail Rayon İcra Hakimiyyətinin başçısı Vuqar Zeynalov, ölkəmizdə şəhid ailələrinə, müharibə veteranlarına və qazilərə göstərilən diqqət və qayğıdan danışaraq, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın bu həssas təbəqənin problemlərinin həllini əsas prioritetlərdən biri kimi müəyyən etdiklərini vurğulayıb.
Şəhidin ailə üzvləri, şəhidin xatirəsinin əziz tutulmasından və aparılan yüksək işlərdən məmnun olduqlarını ifadə edərək, dövlət başçısı İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya minnətdarlıqlarını bildiriblər.
Qeyd edək ki, Tənhan Zülfüqarov 1-ci Qarabağ müharibəsi zamanı Vətən uğrunda gedən döyüşlərdə xüsusi fədakarlıq göstərmiş və 1994-cü ilin 6 martında Füzuli rayonu istiqamətində gedən döyüşlərdə şəhidlik zirvəsinə ucalmışdır.
Açar Sözlər və Açar Cümlələr:
- Şəhid Tənhan Zülfüqarov
- Badamdar qəsəbəsi xatirə lövhəsi
- 1-ci Qarabağ müharibəsi qəhrəmanı
- Şəhid ailələrinə qayğı
- Vətən uğrunda canından keçənlər
- Səbail Rayon İcra Hakimiyyəti
(055) 436-46-45