Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi auditor seçib
Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi 2023-cü il üzrə maliyyə hesabatlarının beynəlxalq standartlara uyğun auditi ilə bağlı elan etdiyi açıq tenderə yekun vurub.
Dövlət satınalmalarının vahid internet portalı xəbər verir ki, tenderin qalibi “RSM Azerbaijan” MMC-dir.
Qalib şirkətə 64,9 min manat ödəniləcək.
Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
(055) 436-46-45
(055) 436-46-45