Minatəmizləyənlərə güzəştli mənzillərin verilməsi təklif edilib

Minatəmizləyənlərə güzəştli mənzillərin verilməsi təklif edilib
Dostuna göndər xəbərdən agah olsun:

Minatəmizləyənlər də güzəştli mənzil əldə etmək hüququ olan şəxslərin siyahısına daxil edilməlidir.

Bunu Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin bu gün keçirilən iclasında deputat Səbinə Salmanova deyib.

O həmçinin təklif edib ki, iş şəraitini və risk dərəcəsini nəzərə alaraq, minatəmizləyənlərə güzəştli şərtlərlə əmək pensiyasına çıxmaq hüququ verilsin:

“Təmsil olunduğum komitə Əmək və sosial siyasət komitəsi ilə birgə bu məsələyə dair “Əmək pensiyaları haqqında” qanunun 9-cu maddəsinə (Güzəştli şərtlərlə əmək pensiyası hüququ olan digər şəxslər) dəyişiklik layihəsi hazırlana bilər”.

Dostuna göndər xəbərdən agah olsun:
Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
whatsappa keç(055) 436-46-45