Google 2030-cu ilə qədər nüvə enerjisinə keçid edir
Agah.az xəbər verir ki, ABŞ-nin texnologiya nəhəngi “Google” 2030-cu ilə qədər istifadəyə veriləcək kiçik modul reaktorların istehsal etdiyi enerjini almaq üçün “Kairos Power” ilə müqavilə imzalayıb.
Şirkətin bloqunda yayılan məlumata görə, bu addım karbon emissiyalarının azaldılması məqsədilə uzunmüddətli hədəflər çərçivəsində atılıb. Bununla “Google”, kiçik nüvə reaktorlarından enerji almaq üçün dünyada ilk müqavilə bağlayan şirkət oldu. Müqavilə şərtlərinə əsasən, “Google” 500 MVt-a qədər elektrik enerjisi ala biləcək. İlk reaktorun 2030-cu ilədək, qalanlarının isə 2035-ci ilə qədər işə salınması nəzərdə tutulur.
Açar sözlər: Google nüvə enerjisi, Kairos Power müqaviləsi, karbon emissiyalarının azaldılması, kiçik modul reaktorlar
Açar cümlələr: Google nüvə enerjisi müqaviləsi, karbon emissiyasının azaldılması planı, kiçik modul reaktorların istifadəsi
(055) 436-46-45