Kömür Mədəninə Dəhşətli Hücum: 20 Mədənçi Həlak Oldu

Kömür Mədəninə Dəhşətli Hücum: 20 Mədənçi Həlak Oldu
Dostuna göndər xəbərdən agah olsun:

Agah.az məlumat verir ki, Pakistanın Bəlucistan əyalətinin Duki rayonunda kömür mədəninə edilən hücumda 4-ü əfqan olmaqla 20 mədənçi həyatını itirib, 7-si yaralanıb.

Hücum edənlər mədənçiləri toplayaraq atəş açıb. Kömür mədəninin sahibi Hacı Xeyrullah Nasir, silahlı basqınçıların ətrafdakı daha 10 kömür mədəninə də hücum etdiyini və onların maşınlarını yandırdığını bildirib. İstintaq əməliyyatı başlasa da, hələlik hücuma görə heç kim məsuliyyəti üzərinə götürməyib.

İnsidentlə bağlı məlumat alan Pakistanın baş naziri Şahbaz Şərif, hökumətin “terrorun bütün formaları” ilə mübarizəyə hazır olduğunu vurğulayıb. Qeyd edək ki, sentyabrda Pakistanın qərbində törədilən 27 hücumda 22 nəfər ölüb, 48 nəfər yaralanıb. Avqust ayında isə 43 hücumda 125 nəfər ölüb, 77 nəfər yaralanıb.

Açar sözlər: Bəlucistan, Duki, kömür mədəni, hücum, mədənçi ölümü, terror, Pakistan, Hacı Xeyrullah Nasir, silahlı basqın.

Dostuna göndər xəbərdən agah olsun:
Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
whatsappa keç(055) 436-46-45