Körfəz ölkələri ABŞ-yə çağırış edib: İsrailin İranın neft obyektlərinə hücumunu dayandırın

Körfəz ölkələri ABŞ-yə çağırış edib: İsrailin İranın neft obyektlərinə hücumunu dayandırın
Dostuna göndər xəbərdən agah olsun:

Agah.az xəbər verir ki, Körfəz ölkələri İsrailin İranın neft obyektlərini bombalamasını dayandırmaq üçün ABŞ-yə müraciət edib. Bu barədə “Azad İran” “Telegram” kanalı, üç ərəb mənbəsinə istinadən, “Reuters”ə bildirib.

Məlumata əsasən, Körfəz ölkələri gərginliyin artması halında İrana hücum üçün İsrailin hava məkanlarından keçməsinə icazə verməyəcəklər. Səudiyyə Ərəbistanı, BƏƏ və Qətər, İranın öz neft obyektlərinə hücum etməsindən narahat olduqları üçün Vaşinqtondan İsrailin belə bir hücumunun qarşısını almağa çağırıblar.

Bildirilib ki, İran bu həftə Səudiyyə Ərəbistanına xəbərdarlıq edərək, İsrailə hər hansı yardım göstərsələr, krallığın neft obyektlərinin təhlükəsizliyinə zəmanət verə bilməyəcəyini qeyd edib. Ərəb mənbələri vurğulayıblar ki, əgər Körfəz ölkələri öz hava məkanını İsrailə açsa, bu, müharibə aktı kimi qəbul ediləcək.

Dostuna göndər xəbərdən agah olsun:
Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
whatsappa keç(055) 436-46-45