Bakıda 75 yaşlı kişinin başını kəsərək qətlində təqsirləndirilən şəxsin məhkəməsi

Bakıda 75 yaşlı kişinin başını kəsərək qətlində təqsirləndirilən şəxsin məhkəməsi
Dostuna göndər xəbərdən agah olsun:

Agah.az xəbər verir ki, Bakıda 75 yaşlı Tahir Əliyevin başını kəsərək qətlə yetirməkdə təqsirləndirilən Zahid İsayevin cinayət işi üzrə ibtidai istintaq yekunlaşıb. Təqsirləndirilən şəxs barəsində toplanan materiallar Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib və cinayət işi hakim Samir Əliyevin icraatına verilib.

Xatırladaq ki, hadisə iyulun 20-də gecə saat 1 radələrində, paytaxtın Nizami rayonunda baş verib. 1965-ci il təvəllüdlü Zahid İsayev mübahisə zamanı 1949-cu il təvəllüdlü Tahir Əliyevin başını kəsərək qətlə yetirib. Zahid İsayev tutularaq istintaqa təhvil verilib.

Faktla bağlı araşdırma davam edir.

Dostuna göndər xəbərdən agah olsun:
Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
whatsappa keç(055) 436-46-45