Bakıda parklanma problemlərinin həllinə yönəlik yeni addımlar
Agah.az xəbər verir ki, Bakı şəhərində parklanma problemlərinin həlli üçün Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi tərəfindən yeni addımlar atılıb. Bir sıra küçələrdə parklanma məntəqələrinin nişanlanması və yol nişanlarının quraşdırılması işləri başa çatdırılıb.
İsmayıl bəy Qutqaşınlı küçəsində 29 yerlik parklanma məntəqəsi üçün nişanlanma işləri tamamlanıb. Eyni zamanda, Sabit Rəhman və Alı Mustafayev küçələrində də parklanma nişanları yerləşdirilib.
Bununla yanaşı, Məmməd Namazov, Kamal Rəhimov, Xəqan Dadaşov küçələrində və Bilgəh-Pirallahı şosesində 9 ədəd “Dayanma və durma qadağandır” yol nişanı quraşdırılıb.
Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
(055) 436-46-45
(055) 436-46-45