Səbaildə sahibkarlarla istehlakçı hüquqlarının müdafiəsi üzrə görüş keçirilib

Səbaildə sahibkarlarla istehlakçı hüquqlarının müdafiəsi üzrə görüş keçirilib
Dostuna göndər xəbərdən agah olsun:

Agah.az xəbər verir ki, Bakı şəhəri, Səbail rayonu ərazisində ictimai iaşə, xidmət, ticarət və digər sahələr üzrə fəaliyyət göstərən sahibkarlarla görüş keçirilib.

Görüşdə Səbail Rayon İcra Hakimiyyəti Başçısı Aparatının Sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsinin müdiri Qabil Vahidov, İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin İstehlak bazarına nəzarət şöbəsinin müdiri Yusif Tapdıqlı və rayon ərazisində fəaliyyət göstərən sahibkarlar iştirak edib.

Bu tədbir, İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti və Bakı Şəhər İcra Hakimiyyəti tərəfindən birgə təsdiq edilmiş “İstehlakçı hüquqlarının müdafiəsi və mövcud ticarət norma və qaydalarına riayət olunması məqsədilə birgə işlərin aparılması üzrə Tədbirlər Planı” çərçivəsində təşkil olunub.

Görüş zamanı sahibkarlara istehlakçı hüquqlarının təmin edilməsi ilə bağlı qanunvericiliyin tələbləri izah edilib, onların fəaliyyətlərini qanunvericiliyə uyğun şəkildə qurmaq və müştəri məmnuniyyətini artırmaq üçün tövsiyələr verilib.

Səbaildə sahibkarlarla istehlakçı hüquqlarının müdafiəsi üzrə görüş keçirilib

Açar sözlər: Səbail sahibkar görüşü, istehlakçı hüquqları müdafiəsi, ticarət qaydaları, müştəri məmnuniyyəti

Dostuna göndər xəbərdən agah olsun:
Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
whatsappa keç(055) 436-46-45