Bakıda “London Pub”da Saxta Spirtli İçkilər Aşkarlandı
Agah.az xəbər verir ki, Bakı şəhəri, Nəsimi rayonu, M.Qardaşları küçəsi, ev 22 ünvanında fəaliyyət göstərən “London Pub” ictimai iaşə obyektində Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) tərəfindən aparılan plandankənar yoxlama zamanı qida təhlükəsizliyi ilə bağlı normativ hüquqi aktların bir sıra tələblərinin pozulduğu müəyyən edilib.
Yoxlama zamanı saxtalaşdırma əlamətləri olan və idxal sağlamlıq aktı olmayan müxtəlif markalı spirtli içkilərin satışa çıxarıldığı aşkar edilib. Bunlar arasında “Архангельская”, “Finlandia”, “Organic Line” və “Nemiroff” əmtəə nişanlı məhsullar olub.
Faktla bağlı obyektin rəhbərliyi barədə inzibati protokol tərtib edilib, saxta məhsullar dövriyyədən çıxarılaraq məhv edilib.
Açar sözlər: Bakı qida təhlükəsizliyi, “London Pub” yoxlaması, saxta spirtli içkilər, AQTA
(055) 436-46-45