İspaniya klubunun stadionunun adı dəyişdiriləcək
İspaniyanın “Atletiko” klubunun ev oyunlarını keçirdiyi “Metropolitano” stadionunun adı dəyişdiriləcək.
“Report” AS-a istinadən xəbər verir ki, Madrid təmsilçisi arenanın yeni sponsorunu elan edib.
Səudiyyə Ərəbistanının hava yolları şirkəti “Riyadh Air”lə müqavilə bağlayan “Atletiko”nun stadionu 2033-cü ilə qədər başqa adla fəaliyyət göstərəcək. Müqavilənin dəyəri təxminən 250-300 milyon avro qiymətləndirilir.
Qeyd edək ki, klub 2017-ci ildə əfsanəvi “Visente Kalderon”u tərk etdikdən sonra 70460 tamaşaçı tutumuna malik “Metropolitano” stadionuna köçüb. İlk 5 ildə stadion klubun sponsoru olan “Wanda Group”nın adını daşıyıb, 2022-ci ildən isə “Civitas” adlanıb.
(055) 436-46-45