İlham Əliyev: Azərbaycan iqlim dəyişmələri ilə mübarizəyə töhfələr verə biləcəyi ilə bağlı bir nümunə göstərir

İlham Əliyev: Azərbaycan iqlim dəyişmələri ilə mübarizəyə töhfələr verə biləcəyi ilə bağlı bir nümunə göstərir
Dostuna göndər xəbərdən agah olsun:

Azərbaycan daha kiçik emissiya payına sahib ölkələrin iqlim dəyişmələri ilə mübarizəyə əhəmiyyətli töhfələr verə biləcəyi ilə bağlı bir nümunə göstərir.

Bu barədə Azərbaycan Prezidenti İlham Əliyevin oktyabrın 10-da Bakıda keçirilən BMT-nin İqlim Dəyişmələri üzrə Tərəflərin İlkin Konfransının (Pre-COP29) iştirakçılarına müraciətində deyilir.

O bildirib ki, Azərbaycanın zəngin külək və günəş enerjisi potensialı bərpaolunan enerji gündəliyini inkişaf etdirməyə imkan verir.

Dövlət başçısı qeyd edib ki, “Yaşıl enerji” zonaları elan edilmiş işğaldan azad olunmuş Qarabağ və Şərqi Zəngəzur kifayət qədər bərpaolunan enerji mənbələrinə malikdir:

“Azərbaycan, həmçinin neft və qaz hasilatından əldə etdiyi gəlirləri “yaşıl enerji”yə yatırır. Bu, açıq şəkildə göstərir ki, qazıntı enerji növləri ilə zəngin olmağımız yaşıl gündəliyi təşviq etmək istiqamətində addımlarımıza mane olmur.

Qlobal istixana qazı emissiyalarında payının cəmi 0,1 faiz təşkil etdiyi ölkə kimi Azərbaycan daha kiçik emissiya payına sahib ölkələrin iqlim dəyişmələri ilə mübarizəyə əhəmiyyətli töhfələr verə biləcəyi ilə bağlı bir nümunə göstərir”.

Dostuna göndər xəbərdən agah olsun:
Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
whatsappa keç(055) 436-46-45