Bakıda 14 min manatlıq dələduzluq edən şəxs saxlanıldı
Agah.az xəbər verir ki, Bakıda dələduzluqda şübhəli bilinən şəxs hüquq-mühafizə orqanları tərəfindən saxlanılıb.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən verilən məlumata görə, Nəsimi Rayon Polis İdarəsinin 20-ci Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat nəticəsində Bakı şəhər sakini E.Sadıqov 14 500 manat məbləğində pulu dələduzluq yolu ilə ələ keçirməkdə şübhəli bilinərək saxlanılıb.
Hazırda faktla bağlı araşdırma davam etdirilir.
Açar sözlər: Bakıda dələduzluq, E.Sadıqov saxlanıldı, Nəsimi Rayon Polis İdarəsi, dələduzluq araşdırması.
Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
(055) 436-46-45
(055) 436-46-45