Xətai rayonunda avtomobil emalatxanası ərazisində yanğın söndürülüb
Agah.az xəbər verir ki, Fövqəladə Hallar Nazirliyinin “112” qaynar xəttinə paytaxtın Xətai rayonu, Ramiz Qəmbərov küçəsində avtomobil təmiri emalatxanasının ərazisində təkər tullantılarının olduğu yerdə yanğın baş verməsi barədə məlumat daxil olub.
Hadisə yerinə dərhal Nazirliyin Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri cəlb edilib.
Əməliyyat şəraitinə uyğun olaraq həyata keçirilən təxirəsalınmaz tədbirlər nəticəsində yanğın qısa müddətdə nəzarət altına alınıb və yaxınlıqdakı tikililərə keçməsinin qarşısı alınıb. Yanğın tamamilə söndürülüb və ətrafdakı tikililər yanğından mühafizə olunub.
Açar sözlər: Xətai rayonu yanğın, avtomobil təmiri emalatxanasında yanğın, Fövqəladə Hallar Nazirliyi, təkər tullantıları yanğın.
(055) 436-46-45