Naxçıvanda avtomobillə 85 yaşlı qadını vurub qaçan sürücü saxlanılıb
Naxçıvanda avtomobillə 85 yaşlı qadını vurub qaçan sürücü saxlanılıb.
Naxçıvan Muxtar Respublikası (MR) Babək rayonunun Zeynəddin kəndində piyadanın vurulması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
Bildirilib ki, “Qaz 24-10” markalı avtomobil Zeynəddin kənd sakini, 1939-cu il təvəllüdlü Almaz Məmmədovanı vurub və hadisə yerindən qaçıb.
Polis əməkdaşlarının keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində qəzanı törətməkdə şübhəli bilinən avtomobilin sürücüsü Z.Vəliyev saxlanılaraq istintaqa təhvil verilib.
Xəsarət alan A.Məmmədova Naxçıvan Muxtar Respublika Xəstəxanasında yerləşdirilib, vəziyyəti orta-ağırdır.
Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
(055) 436-46-45
(055) 436-46-45