Bakıda nəhəng piyada zonası yaradılacaq
Bakının mərkəzində, Səməd Vurğun küçəsi ilə Filarmoniya bağını birləşdirəcək geniş piyada zonası yaradılacaq.
Agah.az xəbər verir ki, Milli.Az-ın məlumatına görə, bu yeni piyada zonaları böyük bir sahəni əhatə edəcək. Hazırda metronun “28 May” stansiyası qarşısındakı meydanda bu işlər davam edir. Layihə çərçivəsində Bakının mərkəzi yerlərində avtomobillərin hərəkətinin məhdudlaşdırılması planlaşdırılır.
Hazırda Xəqani bağının (keçmiş Molokan bağı) ətrafı üç istiqamətdən avtomobillərə bağlanıb. Ərazi “Sahil” metrosunu Fəvvarələr meydanı ilə birləşdirir və burada pik saatlarda saatda 6 min piyada axını müşahidə edilir. Bu səbəbdən təhlükəsiz piyada zonalarının yaradılması vacib hesab edilib.
Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi məlumat yayıb ki, oktyabrın 5-də Nəsimi rayonunun Kövkəb Səfərəliyeva küçəsində aparılan təmir işləri ilə əlaqədar bu küçədə avtomobillərin hərəkəti tamamilə məhdudlaşdırılıb. Layihə çərçivəsində İstiqlaliyyət küçəsi ilə Əziz Əliyev küçəsi arasında da piyada zonası və mikromobillik zolaqları yaradılacaq. İçərişəhər ərazisinə isə yalnız sakinlər və diplomatik nümayəndəliklərin avtomobillərinin girişinə icazə veriləcək.
Növbəti mərhələdə həftə sonları yaxın küçələrdə də avtomobil hərəkəti məhdudlaşdırılacaq və bu ərazilər piyadaların istifadəsinə veriləcək.
Bütün bu tədbirlər, Bakıda mobilliyin və piyada zonalarının inkişafına mühüm töhfə verəcək.
Açar sözlər: Bakıda piyada zonası, Səməd Vurğun küçəsi, Filarmoniya bağı, Bakı şəhəri mobillik, İçərişəhər hərəkət məhdudiyyəti.
(055) 436-46-45