İŞİD liderlərindən biri öldürülüb

İŞİD liderlərindən biri öldürülüb
Dostuna göndər xəbərdən agah olsun:

İraqın təhlükəsizlik qüvvələri ölkənin şimalında yerləşən Salah əd-Din əyalətində fəaliyyət göstərən “İslam Dövləti” (İŞİD) terror qruplaşmasının liderlərindən birini öldürüb.

Bu barədə İraqın İNA agentliyi Vahid Əməliyyat Komandanlığının bəyanatına məlumat yayıb.

“İraq Hərbi Hava Qüvvələrinin hücumundan sonra Salah əd-Din əyalətindəki rayonlardan birində İŞİD üzvü olan 4 terrorçunun meyiti aşkarlanıb”, – məlumatda bildirilib.

Meyitlərin identifikasiyası zamanı öldürülənlərdən birinin İŞİD tərəfdarlarının “Salah əd-Din əyalətinin qubernatoru” adlandırdığı Əbu Ömər əl-Qureyşi olduğu məlum olub.

Dostuna göndər xəbərdən agah olsun:
Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
whatsappa keç(055) 436-46-45