Bakıda qısqanclıq zəmnində qətl: Arvadını çılpaq halda görüb boğaraq öldürdü
Agah.az xəbər verir ki, Bakıda arvadını qətlə yetirməkdə ittiham olunan Nurəddin Məmmədovun cinayət işi üzrə məhkəmə prosesi davam edir. Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Mahirə Kərimovanın sədrliyi ilə keçirilən hazırlıq iclasında təqsirləndirilən şəxs ifadə verib.
Nurəddin Məmmədov ifadəsində bildirib ki, işdən qayıdarkən arvadının lüt halda telefonla danışdığını görüb. O, evə arxa qapıdan daxil olub və eşidib ki, həyat yoldaşı kiminləsə danışır və “yox, göstərə bilmərəm, uşaqlar yanımdadır” deyir. İçəri girəndə isə onu çılpaq vəziyyətdə gördüyünü və telefonu alanda zəngin kəsildiyini söyləyib. Yenidən həmin nömrəyə zəng etdikdə, cavab verən bir oğlan olub. Məsələni başa düşdüyünü deyən Məmmədov mübahisə zamanı arvadını boğaraq öldürdüyünü etiraf edib.
Hadisə 2024-cü ilin may ayında Sabunçu rayonunun Ramana qəsəbəsində baş verib. Nurəddin Məmmədovun 22 yaşlı arvadı Ayşən Məmmədovanı boğaraq qəsdən öldürdüyünə dair əsaslı şübhələr təsdiqlənib. Polis tərəfindən saxlanılan Nurəddin Məmmədova qarşı Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə ittiham irəli sürülüb.
(foto şərti olaraq seçilib)
Açar sözlər: Bakıda qətl hadisəsi, Sabunçu rayonu qətl işi, Nurəddin Məmmədov məhkəməsi, qısqanclıq zəmnində qətl
(055) 436-46-45