Başqalarına məxsus evlər boşaldılır / Azad olunmuş ərazilərə 137 ailə köçürülüb

Başqalarına məxsus evlər boşaldılır / Azad olunmuş ərazilərə 137 ailə köçürülüb
Dostuna göndər xəbərdən agah olsun:

Agah.az xəbər verir ki, azad edilmiş ərazilərə indiyə qədər köçürülən 137 ailə (474 nəfər) başqa vətəndaşlara məxsus mənzillərdə müvəqqəti məskunlaşmış keçmiş məcburi köçkünlərdir.

Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin rəsmisi İbrahim Mirzəyev bildirib ki, bu ailələr əsasən Bakı və Sumqayıtda başqa şəxslərin mənzillərində məskunlaşmışdılar və azad edilmiş ərazilərə köçdükdən sonra həmin mənzillər sahiblərinə təhvil verilir.

Mirzəyev qeyd edib ki, digər rayon və şəhərlərdə də başqalarına məxsus evlərdə müvəqqəti məskunlaşan keçmiş məcburi köçkün ailələri var və bu ailələr də yurdlarına qaytarıldıqca mənzillər əvvəlki sahiblərinə geri veriləcək.

Qeyd edək ki, bu günədək Zəngilanın Ağalı kəndi, Ağdərənin Talış kəndi, Füzuli, Laçın, Zabux, Sus, Şuşa, Xocalı və Cəbrayıl bölgələrində bərpa edilən və yenidən tikilən yaşayış məntəqələrinə 2251 ailə (8612 nəfər) köçürülüb.

Açar sözlər: azad olunmuş ərazilərə köç, keçmiş məcburi köçkünlərin geri qaytarılması, Zəngilan Ağalı kəndi, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi

Dostuna göndər xəbərdən agah olsun:
Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
whatsappa keç(055) 436-46-45