Bayden Floridada fövqəladə vəziyyət elan etdi
Agah.az xəbər verir ki, ABŞ Prezidenti Co Bayden Milton qasırğasının yaxınlaşması ilə əlaqədar Florida ştatında fövqəladə vəziyyət elan edərək federal yardım əmri verib.
Ağ Evin mətbuat xidmətinin verdiyi məlumata görə, ABŞ Daxili Təhlükəsizlik Departamenti və Federal Fövqəladə Halların İdarə Olunması Agentliyi (FEMA) Florida hakimiyyətinə yardım göstərəcək.
Saffir-Simpson şkalası üzrə beşinci kateqoriyaya qədər güclənən qasırğanın Floridanın qərb sahillərinə, xüsusən Tampa körfəzinə çərşənbə və ya cümə axşamı çatacağı gözlənilir. Ekspertlərin hesablamalarına görə, qasırğa sahil boyu üç metrdən yüksək dağıdıcı dalğalar gətirə bilər.
Açar sözlər: Milton qasırğası, fövqəladə vəziyyət, Co Bayden sərəncamı, Florida təhlükəsi, qasırğa xəbərdarlığı
(055) 436-46-45