Nizami rayonunda qazanxanada partlayış baş verib
Agah.az xəbər verir ki, Bakı şəhəri, Nizami rayonu, 8-ci köndələn küçəsində yerləşən qazanxanada partlayış baş verib.
Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə daxil olan məlumata görə, hadisə yerinə 4 təcili tibbi yardım briqadası göndərilib. Hadisə nəticəsində altı nəfər müxtəlif bədən xəsarətləri ilə xəstəxanaya yerləşdirilib. Onlardan bir nəfərin vəziyyəti kritik ağır, bir nəfərin vəziyyəti ağır, iki nəfərin vəziyyəti orta ağır, iki nəfərin isə qənaətbəxş olaraq qiymətləndirilib.
Həmçinin, təcili tibbi yardım briqadaları tərəfindən nevrotik reaksiya diaqnozu ilə iki nəfərə yerində tibbi yardım göstərilib. Sol sağrı üstü nahiyəsindən yaralanan 39 yaşlı qadın ilkin yardımdan sonra hospitalizasiyadan imtina edib.
Fövqəladə Hallar Nazirliyi (FHN) də əraziyə Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələrini cəlb edib. Hadisə yerində partlayışın yanğınla nəticələnmədiyi müəyyən edilib və təhlükəsizlik tədbirləri görülüb. Araşdırma aparılır.
(055) 436-46-45