DİN toy karvanlarında qayda pozan sürücülərə xəbərdarlıq edir
Agah.az xəbər verir ki, Daxili İşlər Nazirliyinin (DİN) Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi (NİİM) toy karvanlarında qaydaları pozan sürücülərə müraciət edib.
Qurumun verdiyi məlumata görə, bəzi sürücülər toy karvanında iştirak edərkən qəza dayanma işıq siqnalını yandıraraq bütün hərəkət zolaqlarını tuturlar və yollarda süni sıxlıq yaradırlar. Bu hal küçə və prospektlərdə nəqliyyatın sərbəst hərəkətinə mane olur və şadlıq saraylarının yaxınlığında dayanma-durma qaydalarına əməl edilmədiyi üçün hərəkətin ləngiməsinə səbəb olur.
NİİM sürücülərdən bir zolaq üzrə yolun sağ tərəfində sıra ilə hərəkət etmələrini xahiş edib ki, yollarda sıxlığın qarşısı alınsın.
Açar sözlər: toy karvanı qayda pozuntusu, yol hərəkəti qaydaları, Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi
(055) 436-46-45