Xəzər rayonunda bıçaqlanma hadisəsi baş verib

Agah.az xəbər verir ki, oktyabrın 6-da saat 10 radələrində paytaxtın Xəzər rayonu Binə qəsəbəsində 1980-ci il təvəllüdlü qəsəbə sakini Şahpur Cəfərovun kəsilmiş-deşilmiş xəsarətlə xəstəxanaya yerləşdirilməsi barədə polisə məlumat daxil olub.
DİN-in Mətbuat Xidmətinin məlumatına görə, hadisəni törətməkdə şübhəli bilinən, 1969-cu il təvəllüdlü onun həmyerlisi Nizami Əliyev polis tərəfindən saxlanılıb. Hazırda hadisə ilə bağlı araşdırma aparılır.
Açar sözlər: Xəzər rayonu hadisə, bıçaqlanma, Binə qəsəbəsi, polis araşdırması