Zəngilanda inşa edilən iki yeni yaşayış kompleksində 500-dən çox ailə məskunlaşacaq

Zəngilanda inşa edilən iki yeni yaşayış kompleksində 500-dən çox ailə məskunlaşacaq
Dostuna göndər xəbərdən agah olsun:

Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyevanın təməlini qoyduğu Zəngilan şəhərində yerləşən beşinci və altıncı yaşayış komplekslərində ümumilikdə 511 ailənin məskunlaşması nəzərdə tutulur.

 

“Report” xəbər verir ki, bunu Cəbrayıl, Qubadlı və Zəngilan rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidmətinin (BTİX) İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri İlhamiyyə Rzayeva deyib.

 

Onun sözlərinə görə, Zəngilan şəhərində tikinti işləri böyük sürətlə davam edir: “Hazırda Zəngilan şəhərində inşa edilən 5-ci yaşayış kompleksi 5 hektar ərazini əhatə edir. Burada 3, 4, 5, 6 mərtəbəli binalar inşa ediləcək. Bu kompleks 334 ailənin məskunlaşması üçün nəzərdə tutulub”.

 

O qeyd edib ki, bundan başqa Zəngilan şəhərində inşa edilən altıncı yaşayış kompleksi isə 3 hektar ərazidə yerləşir: “Burada 177 ailə məskunlaşaraq. Hər iki yaşayış kompleksi şəhərin mərkəzində, rahat və bütün infrastruktura yaxın yerdə yerləşir. Yaşayış kompleksləri əlverişli nəqliyyat və piyada yolları, ümumiyyətlə şəhər infrastrukturu əlverişli yerdə yerləşir. Məktəbə, uşaq baxçasına və şəhər parkına yaxın yerdə yerləşir”.

Dostuna göndər xəbərdən agah olsun:
Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
whatsappa keç(055) 436-46-45