İran: “İsrailin hər hansı hücumuna enerji obyektlərini hədəf alaraq cavab verəcəyik”
Agah.az xəbər verir ki, İran İslam İnqilabı Keşikçiləri Ordusunun Baş Komandanının müavini Tuğgeneral Əli Fedəvi ölkəsinə qarşı hər hansı hücum halında İsrailin təbii qaz yataqları və neft emalı zavodları daxil olmaqla, bütün enerji obyektlərini hədəf alacaqlarını bildirib.
Livanın əl-Məyadin televiziya kanalına verdiyi müsahibədə Fedəvi, İsrailin İranla bağlı potensial hücum ehtimalını dəyərləndirərək, İsrailin belə bir addım atmasının Tel-Əviv rejimi üçün “fəlakət” olacağını vurğulayıb. O deyib: “Əgər işğalçı rejim səhv edərsə, onun bütün enerji mənbələrini, enerji stansiyalarını, emal zavodlarını və qaz yataqlarını hədəf alacağıq.”
Açar cümlələr: İran İsrail münasibətləri, İsrailin enerji obyektləri, İran İslam İnqilabı Keşikçiləri, Yaxın Şərq gərginliyi
(055) 436-46-45