Qadın öz ad günündə ərini öldürdü

Qadın öz ad günündə ərini öldürdü
Dostuna göndər xəbərdən agah olsun:

Rusiyada 45 yaşlı qadın 53 yaşlı ərini ad günündə öldürüb.

Hadisə Volqoqrad vilayətinin İlovlinski rayonunda baş verib.

Məlumata görə, qadın axşam saatlarında ad gününü qeyd edərkən əri ilə aralarında naməlum səbəbdən münaqişə yaranıb.

Qadın bıçaq götürərək kişinin kürəyindən iki bıçaq zərbəsi endirib. Daha sonra hüquq-mühafizə orqanlarına zəng edərək, evində adam öldürüldüyünü deyib və hadisə yerindən qaçıb. Kişi isə aldığı xəsarətlərdən keçinib.

Bir neçə saatdan sonra o, kəndin kənarında tapılaraq saxlanılıb. Şübhəli şəxs törətdiyi cinayətdə təqsirini etiraf edib və cinayət işi başlanıb.

Dostuna göndər xəbərdən agah olsun:
Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
whatsappa keç(055) 436-46-45