Nazir: Azərbaycan və Türkiyənin ədliyyə sahəsində əməkdaşlığı inkişaf etməkdədir

Nazir: Azərbaycan və Türkiyənin ədliyyə sahəsində əməkdaşlığı inkişaf etməkdədir
Dostuna göndər xəbərdən agah olsun:

Azərbaycan və Türkiyənin ədliyyə sahəsində əməkdaşlığı inkişaf etməkdədir.

Bunu Türkiyənin ədliyyə naziri Yılmaz Tunç Azərbaycana səfəri çərçivəsində jurnalistlərə açıqlamasında deyib.

O bildirib ki, Türkiyənin gücü Azərbaycanın, Azərbaycanın gücü Türkiyənin gücüdür: “Bir millət, iki dövlət” şüarı ilə dövlətlərimiz arasında dostluq münasibətləri inkişaf edir. Bu gün də ədalətli cəza, ədliyyə sahəsində bir sıra məsələlərlə bağlı müzakirələr aparılacaq, anlaşma memorandumu imzalanacaq”.

Nazirin sözlərinə görə, ikigünlük səfər çərçivəsində Ali Məhkəmənin sədri İnam Kərimov və Baş prokuror Kamran Əliyevlə də görüşlər nəzərdə tutulub.

Dostuna göndər xəbərdən agah olsun:
Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
whatsappa keç(055) 436-46-45