İlham Əliyev Zəngilan İstirahət Kompleksində tikinti işləri ilə tanış oldu
Agah.az xəbər verir ki, Azərbaycan Prezidenti İlham Əliyev oktyabrın 3-də Zəngilan İstirahət Kompleksində aparılan tikinti işləri ilə tanış olub. Prezidentin İşlər müdiri Ramin Quluzadə dövlət başçısına kompleksin infrastrukturu və yaradılacaq şərait barədə məlumat verib.
Zəngilanın turizm potensialı nəzərə alınaraq kompleksdə 111 otaqlı hotel binası, konfrans zalları, spa və fitnes mərkəzləri, hovuzlar, restoran və uşaq əyləncə mərkəzləri inşa olunacaq. Ərazidə 10 kottec də qonaqların istifadəsinə veriləcək və kompleksdə 70 nəfərdən çox işçi çalışacaq. İstirahət zonasında üzüm və meyvə bağları da salınacaq.
Bu müasir kompleks rayona səfər edənlərin rahatlığı üçün yüksək səviyyədə xidmətlər təqdim edəcək.
Açar cümlələr:
İlham Əliyev Zəngilan, Zəngilan İstirahət Kompleksi, turizm infrastruktur, hotel tikintisi, Prezident Əliyev
(055) 436-46-45