Liviya neft hasilatı və ixracını bərpa edir
Liviyanın Milli Neft Korporasiyası neft hasilatını və ixracını tam bərpa edəcək.
Bu barədə korporasiyanın məlumatında deyilir.
Məlumata görə, Liviyanın qərb və şərq hissələrinin hakimiyyət orqanları arasında fikir ayrılığı səbəbindən əvvəllər elan edilmiş fors-major ləğv edilir.
Qərar neft yataqları və terminallarda aparılan rəsmi təhlükəsizlik auditinin nəticələrinə əsasən qəbul edilib.
Nəşrin məlumatına görə, bu, gündə təxminən 700 min barel neftin dünya bazarına qayıtmasına imkan verəcək.
Xatırladaq ki, Liviya sutkada təxminən 1,2 milyon barel hasil edirdi, lakin avqust ayında ölkənin şərq hissəsindəki hakimiyyət orqanları milli Mərkəzi Banka nəzarət uğrunda mübarizə çərçivəsində hasilatı və ixracı dayandırıb. Nəticədə hasilat sutkada 450 min bareldən aşağı düşüb.
(055) 436-46-45